F.Miqdad: Suriyanın neft quyularının beynəlxalq koalisiya tərəfindən bombalanması qəsdən törədilibdir
Suriya xarici işlər nazirinin müavini bildirib ki, Amerikanın başçılıq etdiyi beynəlxalq koalisiya qəsdən Suriyanın neft quyularını bombalayıbdır ki, Dəməşq onlardan istifadə edə bilməsin.
Amerika və onunla müttəfiq olan bir neçə ölkə 2014-cü ilin avqustunda İŞİD terror qrupu ilə mübarizə bəhanəsilə BMT çərçivəsindən kənar bir koalisiya yaratdılar ki, indiyədək bu özündənqayırma koalisiyanın hücumlarında minlərlə günahsız suriyalı mülki öldürülübdür.
Amerikan koalisiya həmçinin son illərdə Suriyanın neft təsisatları və infrastrukturlarını məhv etmək məqsədilə terrorizmlə mübarizə bəhanəsilə məqsədyönlü hücumlar həyata keçiribdir.
Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdad Sputnik xəbər agentliyi ilə müsahibədə deyib: Suriya dövləti özü ilə müttəfiq ölkələrdən istəyibdir ki, terrorizmə qarşı döyüşdə Dəməşqin köməyinə gəlsinlər və bu arada rus qüvvələr, Hizbullah və iranlı məsləhətçilər Suriya dövləti ilə tam həmkarlıqla terrorçulara qarşı mübarizə aparırlar.
Suriya xarici işlər nazirinin müavini Rusiyanın Suriyada siyasi prosesin başlanması ilə bütün xarici qüvvələrin bu ölkədən çıxmaları barədəki son tələbləri haqda belə vurğulayıb: Bu irəli sürülmüş məsələ Suriyanın hakimiyyəti dairəsindədir və kimin Suriya ərazisində olması və kimin olmaması məsələsinin irəli sürülməsi icazəsi bir kəsə verilmir.
Suriyada böhran region parametrlərini sionist rejimin xeyrinə dəyişdirmək məqsədilə 2011-ci ildə Ərəbistan, ABŞ və onun müttəfiqlərinin dəstək verdikləri terror qruplarının geniş hücumları ilə başlanıbdır.