Livan Hizbullahı Dəməşqin cənubunun təmizlənməsi münasibətilə Suriyanı təbrik edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i309000-livan_hizbullahı_dəməşqin_cənubunun_təmizlənməsi_münasibətilə_suriyanı_təbrik_edib
Livan Hizbullahı bir bəyanat yayaraq, təkfirçi-terrorçu İŞİD qrupunun Dəməşqin cənubundakı sonuncu bazaları olan "Əlhəcər Ələsvəd" və "Əlyərmuk" düşərgəsinin azad edilməsi münasibətilə Suriyanın xalqı və dövlətini təbrik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2018 11:59 Asia/Baku
  • Livan Hizbullahı Dəməşqin cənubunun təmizlənməsi münasibətilə Suriyanı təbrik edib
    Livan Hizbullahı Dəməşqin cənubunun təmizlənməsi münasibətilə Suriyanı təbrik edib

Livan Hizbullahı bir bəyanat yayaraq, təkfirçi-terrorçu İŞİD qrupunun Dəməşqin cənubundakı sonuncu bazaları olan "Əlhəcər Ələsvəd" və "Əlyərmuk" düşərgəsinin azad edilməsi münasibətilə Suriyanın xalqı və dövlətini təbrik edib.

Livan Hizbullahı bu gün yayılan bəyanatında bu qələbəni Suriyanın ordusu və müqavimət cəbhəsinin regionda təkfirçi-terrorçu İŞİD qrupu qarşısındakı böyük nailiyyətləri adlandırıb və vurğulayıb ki, bu nailiyyət terror hücumları qarşısında paytaxt Dəməşqin və onun ətrafının təhlükəsizliyini tam şəkildə təmin edəcək.

Bu bəyanatda həmçinin deyilir: Hizbullah bu yeni qələbəni əldə etmiş Suriya ordusu zabitlərinin, eləcə də onların müttəfiqlərinin şücaət və ləyaqətlərini yüksək dəyərləndirir və onların canfəşanalıqlarına görə minnətdarlıq edir.

Suriyanın ordusu və silahlı qüvvələrinin baş komandanlığı bazar ertəsi günü bildirdi ki, Suriyanın ordu qüvvələri öz müttəfiqlərinin həmkarlıqları ilə "Əlhəcər Ələsvəd" və "Əlyərmuk" düşərgəsini tam şəkildə terrorizmdən azad etdikdən sonra Dəməşqdə və onun ətrafında təhlükəsizliyi tam şəkildə bərqərar edə biliblər.