Ali-Xəlifə rejimi son 6 ildə 728 bəhreynlinin vətəndaşlığını ləğv edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i309108-ali_xəlifə_rejimi_son_6_ildə_728_bəhreynlinin_vətəndaşlığını_ləğv_edib
Bəhreynin insan haqları və demokratiya mərkəzi dünən Ali-Xəlifə rejiminin ötən həftə 200 bəhreynlini vətəndaşlıq hüququndan məhrum etdiyini bildirərək son altı ildə bu rəqəmin 728 nəfər təşkil etdiyini xatırladıb. Bu məlumatı İRNA verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2018 05:52 Asia/Baku
  • Ali-Xəlifə rejimi son 6 ildə 728 bəhreynlinin vətəndaşlığını ləğv edib

Bəhreynin insan haqları və demokratiya mərkəzi dünən Ali-Xəlifə rejiminin ötən həftə 200 bəhreynlini vətəndaşlıq hüququndan məhrum etdiyini bildirərək son altı ildə bu rəqəmin 728 nəfər təşkil etdiyini xatırladıb. Bu məlumatı İRNA verib.

Beynəlxalq təşkilatlar indiyədək dəfələrlə Ali-Xəlifə rejimini siyasi və ictimai fəallara qarşı repressiya tətbiq etdiyinə görə qınayıblar. 

Bəhreyn 14 fevral 2011-ci ildən bəri Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir. 

Hüquq müdafiə mənbələrinin bildirdiklərinə görə, Asiyanın qərbinin ən kiçik ölkəsi olan Bəhreyn siyasi məhbusların sayı baxımından birinci yerdə durur.