Səd Həriri Livanın yeni nazirlər kabinetini müəyyənləşdirəcək
May 24, 2018 19:47 Asia/Baku
Livan parlament deputatlarının səs çoxluğu ilə yeni nazirlər kabinetinin müəyyənləşdirmək işi hazırkı baş nazir Səd Həririyə tapşırılıb.
Livanın əl-Məyadin televiziyasının məlumatına görə, Səd Həriri bu gün parlamentin 128 deputatından 69-nun dəstəyini qazanaraq yeni nazirlər kabinetinin üzvlərini müəyyənləşdirəcəkdir.
Bu gün yeni nazirlər kabinetinin üzvlərinin müəyyənləşəsi üçün parlament məsləhətləşmələri Livanın yüksək səviyyəli rəsmiləri, o cümlədən prezident Mişel Ounun iştirakı ilə Bəbəda sarayında başlanıb.
Livanın sabiq baş naziri Nəcib Miqati bildirib: Ölkənin hazırkı şəraiti Səd Həririnin bir daha baş nazir seçilməsini tələb edir.
Ötən gün də Nəbih Berri 6-cı dəfə Livan parlamentinin sədri seçilib.