İsmayıl Həniyyə Qayıdış Haqqı yürüşünün yaralılarına baş çəkdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i309500-İsmayıl_həniyyə_qayıdış_haqqı_yürüşünün_yaralılarına_baş_çəkdi
Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə cümə gecə Qəzzə zolağı xəstəxanalarından birinə gedəcək Qayıdış Haqqı böyük yürüşlərində yaralananlara baş çəkib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2018 04:08 Asia/Baku
  • İsmayıl Həniyyə Qayıdış Haqqı yürüşünün yaralılarına baş çəkdi
    İsmayıl Həniyyə Qayıdış Haqqı yürüşünün yaralılarına baş çəkdi

Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə cümə gecə Qəzzə zolağı xəstəxanalarından birinə gedəcək Qayıdış Haqqı böyük yürüşlərində yaralananlara baş çəkib.

Qayıdış Haqqı dinc yürüşü 30 martdan Torpaq Günü münasibəti ilə Qəzzə zolağında başlayıb və davam etməkdədir. 

30 martdan indiyədək bu yürüşdə sionist hərbçilərin atəş açması nəticəsində 120-dən çox fələstinli şəhid olub, təxminən 13 min nəfər də yaralanıb. 

Fələstin Səhiyyə Nazirliyinin bildirdiyinə əsasən, şəhidlərin arasında 13 uşaq vardır. 2 mindən çox uşaq və min qadın da yaralılar arasındadır. 

Bir çox ölkə, o cümlədən İran İslam Respublikası və beynəlxalq təşkilatlar sionistlərin bu cinayətlərini qınayıblar.