Qayıdış Haqqı yürüşünü yatırtmaq üçün gücdən istifadəyə icazə verildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i309512-qayıdış_haqqı_yürüşünü_yatırtmaq_üçün_gücdən_istifadəyə_icazə_verildi
Sionist rejim Ali Məhkəməsi bu rejim hərbçilərinə Qəzzədə fələstinliləri qırğın etmək imkanı yaradıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2018 05:14 Asia/Baku
  • Qayıdış Haqqı yürüşünü yatırtmaq üçün gücdən istifadəyə icazə verildi
    Qayıdış Haqqı yürüşünü yatırtmaq üçün gücdən istifadəyə icazə verildi

Sionist rejim Ali Məhkəməsi bu rejim hərbçilərinə Qəzzədə fələstinliləri qırğın etmək imkanı yaradıb.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, sionist rejimin Ali Məhkəməsi cümə günü Qəzzə zolağında fələstinlilərin Qayıdış Haqqı yürüşünü repressiya etmək üçün gücdən istifadə etmək icazəsi verib. 

Məlumata görə, bu məhkəmə həmçinin sionistlərin Qəzzə zolağında fələstinlilərə qarşı gücdən radikal şəkildə istifadə etməsi haqda şikayətləri rədd edib. 

Sionist hərbçilər 30 mart 2018-ci ildən hər cümə günü keçirilən Qayıdış Haqqı böyük yürüşündə fələstinlilərə qarşı atəş açırlar.