Suriya ordusu Həcərül-Əsvəddə terrorçuların dəhşətli işgəncə məkanını aşkarlayıb
-
Suriya ordusu Həcərül-Əsvəddə terrorçuların dəhşətli işgəncə məkanını aşkarlayıb
Suriya ordusu paytaxt Dəməşqin cənubunda Həcərül-Əsvəd və Yərmuk düşərgəsində terrorçu qrupların təxribatçılıqlarının araşdırılması ilə əlaqədar əməliyyatın davamında İŞİD terror qruplaşmasına aid səhra klinikası və terrorçuların işgəncə məkanını kəşf edib.
Əl-Aləm televiziyasının məlumatına görə, Suriya qüvvələri terror qruplaşmalarına aid səhra klinikası və çoxlu sayda minanı kəşf edib, üstəlik bir neçə yeraltı təknəfərlik kamera aşkarlayıblar. Bu isə sivillərin işgəncəsi üçün istifadə olunurmuş.
Bu arada Riqqə Şəhərinin Bərpası Komitəsinin üzvü Əbdürrauf Əhməd də bildirib: 2018-ci ilin əvvəlindən bəri suriyalı qüvvələrin axtarışı üzrə əməliyyat nəticəsində İŞİD-in cinayətlərinin qurbanlarına aid 900 cəsəd, o cümlədən uşaq və qadın kütləvi qəbirdə aşkarlanıb.
Digər tərəfdən KİV təkfirçi terrorçuların Hələb şəhərində Ən-Nil prospektinə minaatanla yenidən hücum etdiyini bildirib.