Yəmənin qərb sahilində səudiyyəli təcavüzkar qüvvələrin irəliləyişi dayanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i309548-yəmənin_qərb_sahilində_səudiyyəli_təcavüzkar_qüvvələrin_irəliləyişi_dayanıb
Yəmən ordusu və xalq komitələri qüvvələri Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin bu ölkənin qərb sahilində irəliləyişinin qarşısını alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2018 13:08 Asia/Baku
  • Yəmənin qərb sahilində səudiyyəli təcavüzkar qüvvələrin irəliləyişi dayanıb
    Yəmənin qərb sahilində səudiyyəli təcavüzkar qüvvələrin irəliləyişi dayanıb

Yəmən ordusu və xalq komitələri qüvvələri Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin bu ölkənin qərb sahilində irəliləyişinin qarşısını alıblar.

Əl-Məyadin televiziyasının məlumatına görə, Yəmən ordusu və xalq komitələri iki gün ərzində keçirilən əməliyyatda səudiyyəli təcavüzkar qüvvələrin Təiz və əl-Hüdeydə vilayətləri arasında Yəmənin qərb sahilində irəliləyişini məğlubiyyətə uğradıblar.

Bu arada Yəmənin istefa vermiş hökumətinin Müdafiə Nazirliyi bu barədə bildirib: Bu nazirliyin 120 kadrı, o cümlədən bəzi komandanlar bu əməliyyatda ölüb. Həmçinin yüzlərlə səudiyyəli koalisiyanın hərbçisi yaralanıb, onlara məxsus onlarla hərbi avtomobil məhv edilib.