Ərəbistanın Əbha aeroportu atəşə tutuldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i309554-Ərəbistanın_Əbha_aeroportu_atəşə_tutuldu
Yəmənin Hərbi Hava Qüvvələri bildirib: Yəmənin pilotsuz uçan aparatlar bölməsi Ərəbistanın Əsir vilayətində Əbha aeroportunu atəşə tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2018 14:50 Asia/Baku
  • Ərəbistanın Əbha aeroportu atəşə tutuldu
    Ərəbistanın Əbha aeroportu atəşə tutuldu

Yəmənin Hərbi Hava Qüvvələri bildirib: Yəmənin pilotsuz uçan aparatlar bölməsi Ərəbistanın Əsir vilayətində Əbha aeroportunu atəşə tutub.

Əl-Məsirə televiziyasının məlumatına görə, Yəmən ordusunun Hərbi Hava Qüvvələri bu xəbəri bildirərək əlavə edib: Yəmənin Əbha aeroportuna bir neçə hava hücumundan sonra, bu aeroportun uçuşları ləğv olunub.

Bildirildiyinə görə, bu PUA-lar Yəmən ordusunun son vaxtlar təqdimatını keçirdiyi Qasif-1 növlü PUA-lardır.

Bu arada Səudiyyə Ərəbistanı Kütləvi İnformasiya Vasitələri bildiriblər: Ərəbistanın cənubunda yəmənli qüvvələrlə qarşıdurmada dörd ərəbistanlı hərbçi öldürülüb.

Digər tərəfdən səudiyyəli qırıcılar Razih sərhəd rayonunun müxtəlif bölgələrini bombalayıblar.

Həmçinin səudiyyəli qırıcıların İmran vilayətinin əl-Əblə bölgəsini bombalaması nəticəsində iki yəmənli sivil həlak olub, bir nəfər də yaralanıb.