Ərəbistan qırıcıları Yəmənin paytaxıt Sənanı bombaladı 5 nəfər həlak oldu
Ərəbistan qırıcıları şənbə günü gecə Yəminin paytaxtı Sənanı bir neçə dəfə hədəfə alıblar. Bu hücumlarda neft şirkətinin təsisatları da hədəfə alnıb.
İRNA-nın verdiyi məlumata görə, bu hücumlarda 5 nəfər ölüb, 14 nəfər də yaralanıb.
Ərəbistan qırıcıları şənbə günü də Yəmənin Sədə vilayətini bombalamışdılar. Bu hücumlarda 3 uşaq həlak olmuş 15 nəfər isə yaralanmışdı.
Ərəbistan ABŞ-ın himayəsi altında Birləşmiş Ərəb Əmirlikləri və bir neçə ərəb ölkəsi ilə birlikdə 2015-ci ilin martından Yəmənə qarşı müharibəyə başlayıb və bu ölkəni mühasirəyə alıb. Müharibə nəticəsində Yəməndə 14 min nəfərin öldüyü, on minlərlə nəfərin yaralandığı və milyonlarla insanın didərgin düşdüyü bildirilir.
Ərəbistanın Yəməni mühasirədə saxlaması bu yoxsul ölkənin ciddi qıtlıq və ərzaq çatışmazlığı ilə üzləşməsinə səbəb olub.
Ərəbistan və müttəfiqləri bütün bu cinayətlərinə rəğmən Yəməndə öz istəklərinə nail ola bilməyiblər.