Ənsarullah Yəmənin qərb sahillərində təcavüzkar qüvvələrin toplaşdığı məkana raket zərbəsi endirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i309798-Ənsarullah_yəmənin_qərb_sahillərində_təcavüzkar_qüvvələrin_toplaşdığı_məkana_raket_zərbəsi_endirib
Yəmənli qüvvələr bazar günü bir ədəd "Qaher M-2" ballistik raketi ilə Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəmənin şərq sahillərindəki mövqelərinə zərbə endirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2018 15:56 Asia/Baku
  • Ənsarullah Yəmənin qərb sahillərində təcavüzkar qüvvələrin toplaşdığı məkana raket zərbəsi endirib

Yəmənli qüvvələr bazar günü bir ədəd "Qaher M-2" ballistik raketi ilə Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəmənin şərq sahillərindəki mövqelərinə zərbə endirib.

Yəmənin Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Ənsarullah bu raket hücumunu Ərəbistan qırıcılarının Yəmənin paytaxtı Sənada neft şirkətinin binasını bombalamasının ardınca həyata keçirib. 

Ərəbistanın Sənaya olan hücumunda 5 mülki həlak olub, 11 nəfər isə yaralanıb. Ölən və yaralananlar arasında uşaq və qadın da var. 

Ötən gün Ərəbistanın Yəmənin Sədə vilayətinə olan hücumlarında da 21 mülki həlak olmuş və yaralanmışdı. 

Digər tərəfdən Ərəbistanın rəsmi xəbər agentliyi Yəmən ilə sərhəd məntəqədə 6 səudiyyə hərbçisinin həlak olmasını təsdiq edib.