Yəmən vətəndaşları BƏƏ-nin bayrağını yandırıblar
-
Yəmən vətəndaşları BƏƏ-nin bayrağını yandırıblar
Yəmən vətəndaşları Ədəndə işğalçı Birləşmiş Ərəb Əmirlikləri qüvvələrinin bu şəhərdə iştirakına etiraz ediblər.
Birləşmiş Ərəb Əmirliklərinin tabeliyində olan xəfiyyə qüvvələri Əmirliklərin Yəməndə iştirakına qarşı yazılar yazdığına görə, Yəmənin cənub müqavimət liderlərindən olan Vəlid Əlidrisini Ədən şəhərindəki mənzilində həbs ediblər. Əlidrisi onun həbs olunması zamanı baş verən şiddətli döyüşlərdən sonra yaralanıbdır.
Sosial şəbəkələrdə yayılan təsvirlər göstərir ki, Yəmən vətəndaşları Vəlid Əlidrisinin həbs olunması xəbərinin yayılmasından sonra Ədənin Əlmənsurə qəsəbəsində Əbu-Dəbinin vəliəhdi Şeyx Muhəmməd bin Zaidin şəklini və Birləşmiş Ərəb Əmirliklərinin bayrağını yandırır və maşınla onların üzərindən keçirlər.
Belə bir halda, virtual mühitin fəalları bir video-çarx yayıblar ki, onda yəmənli gənclər Ədəndə bir dövlət təşkilatının divarları üzərinə "Əmirlik işğalçılarına ölüm!" şüarını yazırlar.