Suriya ordusu İdlib terrorçularını təslim olmağa çağırıb
-
Suriya ordusu İdlib terrorçularını təslim olmağa çağırıb
Suriya ordusu bu gün İdlib vilayətinin şimalındakı kənd və qəsəbələrin üzərinə vərəqələr yayaraq, bu məntəqədə yerləşən terrorçuları təslim olmağa çağırıb.
Suriya ordusunun vərəqələrinin paylanması Türkiyə qüvvələrinin İdlibdə müxtəlif silahlı qruplar arasında adam oğurluğu, terror və döyüşün davam etməsinə mane ola bilməmələrindən sonra həyata keçirilibdir.
Astana razılaşmasına əsasən, Türkiyə İdlib vilayətində təhlükəsizliyin qorunması məsuliyyətini daşıyır və bu vilayətin sərhədlərində 12 yoxlama-buraxılış məntəqəsinin yerləşdirilməsi ilə razılaşıbdır.
Digər bir məlumata görə, Suriya ordusu İŞİD terrorçularının Diyrəzzur şəhərinin cənub-şərqindəki "Badiyyə Əlməyadin" məntəqəsində özünün və müttəfiqlərinin mövqelərinə qarşı hücumunu dəf edibdir.
Suriya ordusunun bölmələri bu zaman onlarla İŞİD üzvünü öldürüb və ya yaralayıblar.
Suriya ordusu ötən bir neçə həftədə "Badiyyə Əlməyadin" məntəqəsində İŞİD-ə qarşı hərbi əməliyyata başlayıb və bu məntəqədən 1500 kvadrat-kilometrdən çox bir ərazini azad edə bilibdir.