İsrail hərbçilərinin ən son cinayətində fələstinli bir qız şəhid olub
-
İsrail hərbçilərinin ən son cinayətində fələstinli bir qız şəhid olub
İsrail hərbçiləri öz cinayətlərinin davamında Qüds şəhərində bir fələstinli qızı yaxın məsafədən güllələyərək, şəhid ediblər. İsrail hərbçiləri bu fələstinli qızın "dur" əmrinə itaət etmədiyini əsas tutaraq, ona atəş açdıqlarını deyirlər.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, bu fələstinli qız bazar ertəsi günü dəmir yolu kənarında gəzərkən İsrail hərbçiləri ona tərəf atəş açıblar. Daha sonra İsrail hərbçiləri fələstinli qıza tibbi müdaxilənin edilməsinə icazə verməyiblər.
İsrail hərbçiləri 2015-ci ilin oktyabrında Qüds İntifazəsinin başlandığı zamandan Qüds şəhəri və İordan çayının qərb sahilində müxtəlif bəhanələrlə fələstinlilərə hücum edərək, onlara öldürmək məqsədi ilə atəş açırlar.
Digər tərəfdən İsrail hərbçiləri İordan çayının qərb sahilində yerləşən Əl-Əməri didərginlər düşərgəsində bir neçə fələstinlini yaralayıblar.