May 29, 2018 12:34 Asia/Baku
  • Yəmənli qüvvələr bir qrup Ərəbistan muzdlusunu öldürüb və yaralayıblar
    Yəmənli qüvvələr bir qrup Ərəbistan muzdlusunu öldürüb və yaralayıblar

Yəmən ordusu və xalq qüvvələri sərhəd Əsir şəhərində həyata keçirdikləri əməliyyatda bir qrup Ərəbistan muzdlusunu öldürüb və yaralayıblar.

Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Yəmənli qüvvələr Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın qərb sahilindəki bir neçə hərbi bazasına ballistik raket zərbələri endiriblər. 

Digər tərəfdən Yəmənin təhlükəsizlik qüvvələri ölkənin qərbində yerləşən Əl-Hədidə vilayətində bir neçə əməliyyat həyata keçirərək, Ərəbistan koalisiyasının xeyrinə casusluqla məşğul olan bir neçə dəstəni aşkar və dəstə üzvlərini həbs ediblər. 

S.Ə.N Ərəbistanın başçılıq etdiyi koalisiyanın Beytül-Fəqih şəhərində ən təhlükəli fiquru olaraq Yəmən ordusu və xalq qüvvələrini nəzarət altında saxlayır və ən son dəyişikliklər barədə Ərəbistanın başçılıq etdiyi koalisiyanı məlumatlandırırdı. 

Yəmənin təhlükəsizlik orqanları M.A.S.K adlı bir başqa casusu da Əl-Huk şəhərində həbs ediblər. Bu casus da Yəmənli qüvvələrlə bağlı məlumatları Ərəbistana ötürməklə məşğul imiş. 

Teqlər