Qəzzənin mühasirəsinə son qoymaq üçün Qəzzə limanından başlanan ilk dəniz səfəri
https://azeri.sahartv.ir/news/qərbi_asia-i310094-qəzzənin_mühasirəsinə_son_qoymaq_üçün_qəzzə_limanından_başlanan_ilk_dəniz_səfəri
Bu gün səhər bir ədəd gəmi ilk dəniz səfəri çərçivəsində Qəzzə limanından yola düşüb. Dünya limanlarına səfər edəcək bu gəminin müraciəti Qəzzənin mühasirəsinə son qoymaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2018 15:27 Asia/Baku
  • Qəzzənin mühasirəsinə son qoymaq üçün Qəzzə limanından başlanan ilk dəniz səfəri
    Qəzzənin mühasirəsinə son qoymaq üçün Qəzzə limanından başlanan ilk dəniz səfəri

Bu gün səhər bir ədəd gəmi ilk dəniz səfəri çərçivəsində Qəzzə limanından yola düşüb. Dünya limanlarına səfər edəcək bu gəminin müraciəti Qəzzənin mühasirəsinə son qoymaqdır.

Yunyus-un verdiyi məlumata görə, Qəzzə zolağına humanitar yardım aparan Türkiyənin Mavi Mərmərə gəmisinin sərnişinlərinin 29 may 2010-cu ildə İsrailin dəniz qoşunları tərəfindən qırğın edilməsinin 8-inci ildönümü ilə bir vaxtda Qəzzə limanından yola çıxıb. İsrail hərbçilərinin Mavi Mərmərə gəmisinə hücumu zamanı 10 Türkiyə vətəndaşı şəhid olmuşdu.

Qəzzə limanından  yola düşən gəmi müalicə olunmaq və təhsilini davam etdirə bilmək üçün Qəzzə zolağından çıxmağa məcbur olan bir qrup fələstinli xəstə və tələbəni özü ilə aparır.

Qəzzə Mühasirəsinin Ləğvi Ali Komitəsi bu dəniz səfərinin "Qəzzənin mühasirəsinin ləğv edilməsi və Qəzzə sakinlərinə qarşı zülm və zorakılığa son qoyulması və Qəzzəni mühasirəyə almaqla 2 milyon fələstinlini əsirinə çevirmiş sionist düşməni bu zülmə son qoymağa məcbur etmək arzusu" ilə baş tutduğunu bildirib.