İsrailin Qəzzəyə hücumları davam edir
May 29, 2018 15:28 Asia/Baku
-
İsrailin Qəzzəyə hücumları davam edir
İsrail qırıcıları bir daha Qəzzə zolağına raket zərbələri endiriblər.
İRİB-nin verdiyi məlumata görə, İsrail qırıcıları bu gün günortadan sonra üçüncü dəfə olaraq Qəzzə zolağında 35 məntəqəyə zərbələr endiriblər.
Bu hücumlar İsrail rejiminin ötən 4 ildə Qəzzə zolağına olan ən ağır hücumlarıdır.
Fələstinin müqavimət qüvvələri İsrailin Qəzzəyə olan hücumlarına cavab olaraq işğal edilmiş əraziləri 22 ədəd raket ilə hədəfə alıblar.
Teqlər