May 30, 2018 09:21 Asia/Baku
  • Qəzzə zolağında atəşkəs razılaşması

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun sədr müavini bölgədə atəşkəs razılaşmasının əldə olunmasından xəbər verib.

Qəzzə zolağı ötən həftə sionistlərin məzlum fələstinlilərə qarşı yeni cinayətlərinin şahidi olmuşdur. 

Əl-Məyadin telekanalı bu gün bildirib ki, HƏMAS-ın siyasi bürosunun sədr müavini Xəlil Əl-Həyyə Qəzzə zolağında atəşkəs razılaşmasına istinad üzrə əldə olunmuş razılaşmaya toxunaraq deyib: Müqavimət qüvvələri işğalçıların sözü gedən sazişə sadiq qalacaqları təqdirdə bu razılaşmaya sadiqdir. 

Qəzzədə atəşkəs sazişi, müqavimət qüvvələrinin düşmənin təcavüzkar hücumları ilə qarşılaşması və toqquşma qaydalarının dəyişməsinə mane olmalarından sonra hasil olub. 

Fələstin müqaviməti dünən səhər sionist rejimin müqavimət bazalarına qarşı raket hücumlarına cavab olaraq işğal olunmuş əraziləri 22 raketlə hədəfə aldı və bu əməliyyat 2014-cü il 50 gün davam edən müharibədən sonra misilsiz əməliyyat hesab olunur. 

Teqlər