Ali-Xəlifə rejiminin gənclərə qarşı repressiyaları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i310220-ali_xəlifə_rejiminin_gənclərə_qarşı_repressiyaları_davam_edir
Bəhreyn rejimi iki gənci siyasi ittihamla 7 il müddətində azadlıqdan məhrum edib və vətəndaşlıqlarını ləğv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2018 08:16 Asia/Baku
  • Ali-Xəlifə rejiminin gənclərə qarşı repressiyaları davam edir
    Ali-Xəlifə rejiminin gənclərə qarşı repressiyaları davam edir

Bəhreyn rejimi iki gənci siyasi ittihamla 7 il müddətində azadlıqdan məhrum edib və vətəndaşlıqlarını ləğv edib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Ali-Xəlifə rejiminin apelyasiya məhkəməsi iddia edib ki, həmin şəxslər Bəhreyndə terror əməliyyatları üçün qüvvə toplamaqdan əlavə polis qüvvələrinə qarşı əməliyyatlar planlaşdırıbmışlar. 

Ali-Xəlifə rejiminin məhkəməsi bəhreynli inqilabçıları əsassız ittihamlarla cəzalandırır, onlara qarşı uzunmuddətli həbslər çıxarır, edam hökmü verir və vətəndaşlıqlarını ləğv edir. Bu münasibət beynəlxalq təşkilatların dəfələrlə Bəhreyn rejiminə qarşı xəbərdarlıqlarına səbəb olub. 

Bəhreyn 2011-ci il fevral ayından xalq etirazlarının şahididir. Bəhreyn xalqı ölkədə azadlıq, ədalət və demokratiya tələb edir.