Ərəbistanın bir ədəd casusluq PUA-sı ölkənin cənubunda süqut edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i310492-Ərəbistanın_bir_ədəd_casusluq_pua_sı_ölkənin_cənubunda_süqut_edib
Yəmən mənbələri Ərəbistana aid bir ədəd pilotsuz uçan aparatı bu ölkənin cənubunda, Əsir məntəqəsində süqut etməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2018 05:04 Asia/Baku
  • Ərəbistanın bir ədəd casusluq PUA-sı ölkənin cənubunda süqut edib

Yəmən mənbələri Ərəbistana aid bir ədəd pilotsuz uçan aparatı bu ölkənin cənubunda, Əsir məntəqəsində süqut etməsindən xəbər veriblər.

İRNA-nın məlumatına görə, bu PUA Yəmən ordusu və xalq qüvvələrinin hava hücumundan müdafiə qüvvələri tərəfindən Ərəbistanın cənubunda yerləşən Əsir məntəqəsində, Ələb keçidinin yaxınlığında vurulub. 

Yəmən ordusu və xalq qüvvələrinin hava hücumundan müdafiə bölməsi 30 aprel 2018 il tarixində də Ərəbistana məxsus bir ədəd PUA-nı Həccə vilayətinin Hərz şəhərində, Cəbəlünnar məntəqəsində vuraraq, yerə salmışdı.

Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın başçılıq etdiyi koalisiyanın bu ölkəyə olan hücumları dövründə Ərəbistan və müttəfiqlərinə məxsus onlarla PUA-nı məhv edib.