İsrail hərbçiləri Qərb sahilinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i310526-İsrail_hərbçiləri_qərb_sahilinə_hücum_ediblər
İsrail hərbçiləri dünən gecə və bu gün səhər İordan çayının qərb sahilinə hücum edərək, bir qrup fələstinli fəalı və Fələstin Müqavimətinin tərəfdarlarını həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2018 13:48 Asia/Baku
  • İsrail hərbçiləri Qərb sahilinə hücum ediblər

İsrail hərbçiləri dünən gecə və bu gün səhər İordan çayının qərb sahilinə hücum edərək, bir qrup fələstinli fəalı və Fələstin Müqavimətinin tərəfdarlarını həbs ediblər.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, İsrail hərbçiləri Əl-Xəlil şəhərində 14 fələstinlini əsir götürüblər. 

İsrail hərbçiləri həmçinin cümə axşamı Nablosun şərqində yerləşən Salim və Məsakin qəsəbələrinə hücum ediblər. 

Cənin düşərgəsində də İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma baş verib. Bir neçə fələstinli saxlanılıb.