Yəmən ordusu Ərəbistan vertolyotunu vurub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i310728-yəmən_ordusu_Ərəbistan_vertolyotunu_vurub
Yəmənin ordusu və xalq komitələri qüvvələri dünən gecə səud rejiminin bir ədəd Apaçi vertolyotunu vurub yerə salıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2018 07:19 Asia/Baku
  • Yəmən ordusu Ərəbistan vertolyotunu vurub
    Yəmən ordusu Ərəbistan vertolyotunu vurub

Yəmənin ordusu və xalq komitələri qüvvələri dünən gecə səud rejiminin bir ədəd Apaçi vertolyotunu vurub yerə salıblar.

Yəmənin ordusu və xalq komitələri qüvvələrinin hava hücumundan müdafiə sistemi bu vertolyotu Ərəbistanın Cizan məntəqəsində hədəfə alıbdır.

Yəmənli mənbələrin bildirdiklərinə görə, bu vertolyotun bütün sərnişinləri ölüblər.

Yəmənin ordusu və xalq komitələri qüvvələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli mühasirəyə alınmasına rəğmən, günbəgün artmaqdadır.

Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsi ilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edib və bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə onun müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə yəmənlinin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnibdir.

Ərəbistanın təcavüzü həmçinin yoxsul Yəmən ölkəsini kəskin dərman və qida maddələri çatışmazlığı ilə üzləşdiribdir.

Ərəbistan rejimi və onun müttəfiqləri Yəmən xalqının müqavimətinə görə, indiyədək bu ölkədə öz mənfur niyyətlərindən heç birinə çata bilməyiblər.