İyun 01, 2018 11:53 Asia/Baku
  • Ali-Xəlifə rejimi altı Bəhreyn vətəndaşını ömürlük həbsə məhkum edib
    Ali-Xəlifə rejimi altı Bəhreyn vətəndaşını ömürlük həbsə məhkum edib

Ali-Xəlifə rejiminin nümayişkaranə məhkəməsi dünən bu ölkədəki çaxnaşmalarda əlinin olması bəhanəsilə altı Bəhreyn vətəndaşını ömürlük həbsə məhkum edib.

Ali-Xəlifə rejiminin nümayişkaranə məhkəmələri daim bəhreynli inqilabçıları puç ittihamlarla vətəndaşlığın ləğv olunması, edam və ya uzunmüddətli həbslərə məhkum edirlər.

Beynəlxalq təşkilatlar indiyədək dəfələrlə siyasi və ictimai fəallara divan tutması haqda Ali-Xəlifə rejiminə xəbərdarlıq ediblər.

Bəhreyn insan haqları və demokratiya mərkəzi mayın 23-də bildirib ki, Ali-Xəlifə rejimi son altı ildə 728 bəhreynlini vətəndaşlıqan məhrum edibdir.

Bəhreyn 2011-ci ilin on dörd fevralından bəri Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir.

Bəhreyn xalqı azadlıq, ədalət, ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir. Ali-Xəlifə rejimi isə "ada qalxanı qüvvələri" adı altında Bəhreyndə yerləşmiş səud hərbçiləri və Birləşmiş Ərəb Əmirliklərinin xəfiyyə məmurlarının köməyilə bu ölkədəki xalq etirazlarına divan tutur.

Ali-Xəlifə rejimi həmçinin bu ölkə xalqının etiraz alovunu yatırmaq üçün müxalifət liderlərindən bir çoxunu həbs və saxta məhkəmə işləri təşkil edərək, onları uzunmüddətli həbslərə məhkum edibdir.

Bəhreyn Asiyanın qərbində ən kiçik bir ölkə kimi insan haqları mənbələrinin bildirdiklərinə görə, əhali sayına görə, ən çox siyasi məhbusa malikdir.

 

 

Teqlər