Fələstinlilər hərbi maneələrin qarşısında namaz qılıblar
Sionist rejim hər gün fələstinlilərə qarşı məhdudiyyətləri artırmaqdadır. Hazırda isə fələstinlilərin Həzrət İbrahim (ə) hərəmində namaz qılmasına mane olur. Fələstinlilər yoxlama-keçid məntəqələri və hərbi maneələrin qarşısında namaz qılıblar.
Yaradılan maneə və yoxlama-keçid məntəqələri yolları əl-Xəlildə Həzrət İbrahim hərəmində namaz qılmaq istəyən fələstinlilərin üzünə bağlayıb.
İbrahim hərəmində qırğın baş verdiyi və bir qəsəbə sakininin 29 nəfəri namaz qılarkən şəhid etdiyi vaxtdan bu keçid bağlanmışdır. Belə ki, əl-Xəlilin cənub bölgəsinin sakinləri namaz qılmaq üçün bu hərəmə gedə bilmirlər. Elə buna görə, fələstinlilər bu dəfə namazlarını bu yoxlama-keçid məntəqəsinin önündə qılıblar.
Fələstin vətəndaşı deyib: Bu gün bura namaz qılmaq üçün gəlmişik. Bir müddətdir ki, ictimai şəbəkələrdə həştəq yaradılıb. Belə ki, fələstinlilərin, xüsusilə əl-Xəlil sakinlərinin müqaviməti əks etdirilmiş olsun.
Başqa bir fələstinli deyib: Biz buradayıq. Həzrət İbrahim (ə) hərəmində tökülən qanları unutmayacağıq. Gənclərimizin qanı unudulmayacaq. Övladları ilə vidalaşan valideynlərin fəryadı unutmayacağıq.
Namazınla müqavimət göstər. Məhz bu şüara arxalanan fələstinlilər hərbi maneələrdən keçərək Həzrət İbrahim hərəminə getməyə çalışıblar. Amma işğalçı hərbçilər maneələri daha da artırıb və bu fələstinliləri hərəmdə namaz qılmaqdan məhrum ediblər. Təkcə əl-Xəlil şəhərində onlarla maneə və yoxlama-keçid məntəqəsi yaradılmışdır.
Başqa fələstinli isə belə deyib: Bura gəlmişik, işğalçılara deyək ki, yaratdığınız maneələr hər nə olursa olsun, fələstinlilər üçün yaratdığınız problemlər hər nə olursa olsun, cənub sakinləri, əl-Xəlil sakinləri, ümumilikdə bütün fələstinlilərin hərəmə getməsi üçün maneə ola bilməz.
Əl-Xəlil şəhərinin mərkəzində sionist işğalçı hərbçilərin yoxlama-keçid məntəqələri və hərbi maneələr yaratmaqda məqsədi şəhər əhalisini kütləvi şəkildə cəzalandırmaqdır. Bu cəzalar hətta mübarək Ramazan ayında da davam etməkdədir. Onlar Fələstin vətəndaşları ilə İbrahim hərəmində namazın qılınması arasında məsafə yaratmağa çalışırlar.