Mübarək Ramazan ayında Ərəbistanın Yəmənə qarşı hücumları şiddətlənib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i310786-mübarək_ramazan_ayında_Ərəbistanın_yəmənə_qarşı_hücumları_şiddətlənib
Yəmən mediaları mübarək Ramazan ayında Ərəbistanın Yəmənə qarşı hücumlarının şiddətlənməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2018 15:27 Asia/Baku
  • Mübarək Ramazan ayında Ərəbistanın Yəmənə qarşı hücumları şiddətlənib
    Mübarək Ramazan ayında Ərəbistanın Yəmənə qarşı hücumları şiddətlənib

Yəmən mediaları mübarək Ramazan ayında Ərəbistanın Yəmənə qarşı hücumlarının şiddətlənməsindən xəbər veriblər.

Yəmənin Əlməsirə telekanalı bildirib ki, təcavüzkar səud koalisiyası mübarək Ramazan ayında məktəblər, mənzillər və məscidlərə qarşı hücumlarını artırıb və ictimai məkanların dağıdılmasını şiddətləndiribdir.

Bu məlumata görə, səud qırıcıları son zamanlar Yəmənin Səədə vilayətindəki Baqəm şəhərinin müxtəlif məntəqələrini bombalayıblar. Bu hücumlarda bir qrup yəmənli ölüb və yaralanıb.

Səədə vilayətinin əksər əkin sahələri Ərəbistanın hücumları nəticəsində dağılıbdır.

Digər tərəfdən ötən ayda 55 səud hərbçisi Nəcran, Cizan və Əsir məntəqələrindəki döyüşlərdə öldürülüb və azı əlli səud hərbçisi də yaralanıbdır. Ərəbistanın rəsmi xəbər agentliyi öz hərbçilərindən 75 nəfərin öldüyü və yaralandığını təsdiq edib.

Ərəbistan ilə müttəfiqlərinin Yəməndəki militarizmi 2015-ci ilin martında başlanıb. İndiyədək on minlərlə yəmənli öldürülüb və yaralanıb, miloyonlarla yəmənli də didərgin düşübdür.