Ərəbistan kralı yeni təyinatlar edib
-
Ərəbistan kralı yeni təyinatlar edib
Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz bu gün yeni şuraların təşkil olunması və nazirlərin təyin olunması üzrə fərman imzalayıb.
İRNA-nın məlumatına görə, Ərəbistan kralı Mədəniyyət və İnformasiya Nazirliyinin adının İnformasiya Nazirliyinə dəyişdirilməsi, Şeyx Əbdüllətif Əş-Şeyxin Ərəbistanın islam məsələləri üzrə təyin olunması haqda fərman imzalayıb. Başqa bir fərmanda isə, əmək və ictimai inkişaf nazirini vəzifəsindən azad edib və Əhməd Bin Süleyman Bin Əbdüləziz əl-Racihini onun yerinə təyin edib.
Ərəbistan kralının önəmli dəyişikliklərindən biri, Xalid Bin Saleh Əs-Sultanın Ərəbistanın Atom Enerjisi Qəsəbəsinin rəhbəri təyin olunmasıdır. ABŞ-ın Miçiqan Universitetinin yetirməsi olan Bin Saleh krallıq ailəsinin qocaları ilə fərqli baxışlara maik olan gənc səudiyyəli yetkililərdən hesab olunur.
Ərəbistan kralı həmçinin Məkkə və Müqəddəs Məkanlar üçün krallıq heyətinin təşkil olunmasına göstəriş verib və vəliəhd Məhəmməd Bin Salmanı onun rəhbəri təyin edib.
Ali-Səud ailəsində hakimiyyət davası hər gün daha iri miqyas alır. Onun nəticəsi bu rejimdə təkrar təyinatlardır. Bu da qərarların verilməsində siyasi destabillik və çaşqınlığın olduğunu göstərir.