Sionist rejim hərbçilərinin atəş açması nəticəsində fələstinli gənc şəhid olub
İyun 02, 2018 12:44 Asia/Baku
-
Sionist rejim hərbçilərinin atəş açması nəticəsində fələstinli gənc şəhid olub
Sionist rejim hərbçiləri bu gün günorta əl-Xəlil şəhərində fələstinlini şəhid ediblər.
Fələstin İnformasiya Mərkəzinin yerli dairələrə istinadla verdiyi məlumata görə, əl-Xəlil şəhərində İbrahimi hərəmi yaxınlığında sionist hərbçilərin atəş açması nəticəsində fələstinli gənc Rami Səbbarnə ağır yaralanıb və sionist hərbçilər bu fələstinli gəncə yardımın edilməsinə mane olublar. Qanaxma nəticəsində o şəhid olub.
Sionist rejim hərbçiləri onun avtomobildən istifadə edərək əməliyyat keçirmək niyyətində olduğunu iddia ediblər. Lakin şahidlər bu məsələni təkzib ediblər.
Teqlər