İyun 02, 2018 17:15 Asia/Baku
  • Qayıdış Haqqı yürüşü; fələstinlilər əzmkarlıq nümayiş etdirir
    Qayıdış Haqqı yürüşü; fələstinlilər əzmkarlıq nümayiş etdirir

Fələstin vətəndaşları ötən gün də Qəzzə zolağının işğal olunmuş Fələstin əraziləri ilə sərhədində Qayıdış Haqqı yürüşündə iştirak edib və Fələstin xalqının amallarının reallaşacağı vaxta qədər yürüşlərin davam edəcəyini bildiriblər.

Fələstinlilər Qayıdış Haqqı yürüşlərinin bu həftəki cüməsini Qəzzədən Hayfaya qədər adlandırıblar. 2 ay yarımdan çoxdur davam edən yürüşlər Qəzzənin şərq sərhədlərində cənubda Rəfəhdən şimalda Beyt-Hanuna qədər keçirilir. Hər cümə bu yürüşlərdə on minlərlə fələstinli iştirak edir.

Yürüşdə iştirak edən Fələstin vətəndaşı deyib: Hamımız kollektiv şəkildə qiyam etməyə borcluyuq. Belə olmazsa, kütləvi şəkildə qırğın ediləcəyik. Hamımız sionistlərin planının bütün ərəb və islam regionuna, fələstinlilər və sakinləri üçün təhlükəli olduğunu anlamalıyıq. Çünki müstəmləkəçilik planıdır. Məqsədi Fələstin xalqının məhv edilməsi və ümmətin zəngin ehtiyatlarını ələ keçirməkdir.

Ötən gün həmçinin xilasetmə sahəsində könüllü şəkildə fəaliyyət göstərən fələstinli xilasedici Rozan Əşrəf Nəccar Xan Yunusun şərqində sionist işğalçıların atəş açması nəticəsində şəhid olub. Həmçinin ötəngünkü yürüşlərdə yüzdən çox fələstinli yaralanıb. Onun 40 halı sionistlərin birbaşa atəş açması nəticəsində baş verib.

Qayıdış Haqqı yürüşünün bu həftəki iştirakçıları bildiriblər ki, işğalçıların sərt tədbirlər görməsinə rəğmən onların qiyamı davam edəcəkdir.

Başqa bir fələstinli deyib: Biz öz yürüşlərimizi davam etdiririk və yürüşlərdə iştirak edəcəyik. İnşallah, öz məqsədimizi gerçəkləşdirəcək və diyarımızı geri alacağıq.

Başqa bir fələstinlinin sözlərinə görə, bu diyar bizə aiddir. Biz dinc şəkildə yaxud hərbi gücdən və var-gücümüzdən istifadə edərək mübarizəmizi davam etdirəcəyik ki, işğalçını öz diyarımızdan qovaq.

Fələstinlilər, kişi, qadın, uşaq, böyük bu yolun çox baha başa gəldiyini nəzərə alaraq qərara gəliblər ki, işğalçı rejimlə mübarizəni davam etdirsinlər. Belə ki, bu rejim Fələstin xalqının hüququnu rəsmən tanımağa məcbur olsun.

 

Teqlər