Ərəbistan Şərif Hərəmləri idarəetmədə uğursuz olub
"Ərəbistanın Şərif Hərəmləri İdarəetməsinə Nəzarət" beynəlxalq heyəti həcc mərasimi üçün xərclərin artırılmasını tənqid edərək, Ərəbistanın Şərif Hərəmlərin idarəetməsində uğursuz olduğunu elan edib.
İRNA-nın verdiyi məlumata görə, "Ərəbistanın Şərif Hərəmləri İdarəetməsinə Nəzarət" adlı beynəlxalq heyət bir bəyanat yayaraq, bildirib: Ərəbistan hökuməti həcc mərasimini özü üçün əlavə gəlir mənbəyinə çevirərək, bu ilahi fərizəyə iqtisadi fürsət kimi yanaşır və müsəlmanlar arasında ədalətin bərqərar edilməsində uğursuzluğa düçar olub.
Bu beynəlxalq heyət viza və nəqliyyat xərclərinin artırılması və ağır vergilərin təyin edilməsini tənqid edərək, yazır: Yeni qiymətlər sadəcə az təminatlı ailələr üçün deyil, bütün müsəlmanlar üçün həcc səfərini çətinləşdirib.
"Ərəbistanın Şərif Hərəmləri İdarəetməsinə Nəzarət" adlı beynəlxalq heyət bir daha həcc mərasiminin idarəedilməsində islam müəssisələri və qrumlarının iştirakına icazə verilməsi tələbini irəli sürərək, bildirib: Həcc fərizəsinin əsas məqsədlərindən biri ədalət və bərabərliyin təmin edilməsidir. Amma, Ərəbistan hökuməti öz rəftarları ilə bilərəkdən müsəlmanları varlı və yoxsul təbəqəyə ayırmış olub.
"Ərəbistanın Şərif Hərəmləri İdarəetməsinə Nəzarət" adlı beynəlxalq heyət Ərəbistanın Şərif Hərəmlər və müqəddəs məkanları necə idarə etməsinə nəzarət məqsədi ilə cari ilin əvvəllərində Malayziyada təsis edilib. BU heyət özünün ilk bəyanatında müqəddəs torpaqlardan siyasi məqsədlər üçün istifadə edilməsinə qarşı çıxacağını elan etmişdi.