Türkiyə ordusu İraqın şimalında irəliləyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i310886-türkiyə_ordusu_İraqın_şimalında_irəliləyir
Türkiyə mediaları bu ölkə ordusunun İraqın şimalında irəliləməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2018 08:09 Asia/Baku
  • Türkiyə ordusu İraqın şimalında irəliləyir

Türkiyə mediaları bu ölkə ordusunun İraqın şimalında irəliləməsindən xəbər veriblər.

İRNA-nın Türkiyə mənbələrinə istinadla verdiyi məlumata görə, Türkiyə ordusu şənbə günü İraq ərazisinin 22 kilometrliyinə qədər daxil olaraq, Qəndil yüksəkliklərinin yaxınlığında yerləşib. 

Türkiyə mənbələri bu hərbi əməliyyatda məqsədin PKK yaraqlılarına qarşı mübarizə adlandırıblar. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadla verilən məlumatda bu əməliyyatın Suriyanın şimalında terrorçulara qarşı aparılan əməliyyatın davamı olduğu deyilir. 

Türkiyə ordusu İraqın şimalında həyata keçirdiyi bu əməliyyatın PKK-nın İraqın şimalındakı sığınacaqlarının məhv edilməsi məqsədini daşıdığını bildirib.