İyun 03, 2018 12:40 Asia/Baku
  • Təl-Əvivdə korrupsioner Netanyahu əleyhinə aksiy akeçirilib

Bir qrup Təl-Əviv sakini baş nazir Benyamin Netanyahu əleyhinə aksiya keçirərək, onu korrupsiyada ittiham edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, aksiy aiştirakçıları şənbə günü axşam əllərində plakatlar daşıyaraq, Netanyahu və onun nazirlər kabinetinin istefa verməsini tələb ediblər. 

Bu aksiya müxtəlif korrupsiya işlərində ittiham edilən Netanyahu barəsində yeni istintaq prosesinin başlanması ərəfəsində keçirilib. 

Bundan öncə də işğal edilmiş Fələstin ərazilərində məskunlaşan yəhudilər Təl-Əvivdə aksiya keçirərək, Netanyahu və ailəsini korrupsiyada ittiham etmişdilər. 

Netanyahu ötən aylarda dəfələrlə müxtəlif korrupsiya işi ilə əlaqədar istintaqa cəlb olunub. 

Teqlər