Yəmənin Ənsarullah Hərəkatı Ərəbistan və İsrail arasındakı əməkdaşlıqları ifşa etdi
İyun 03, 2018 08:11 Asia/Baku
Yəmənin Ənsarullah Hərəkatının rəhbəri Əbdülmalik Bədrəddin Husi şənbə günü İsrail və Ərəbistanın Yəmənə qarşı müharibədə əməkdaşlıq etdiyini deyib.
İRNA-nın məlumatına görə, Bədrəddin Husi ötən bir neçə gündə Yəmənin qərbində, Əl-Hüdəydə vilayəti üzərində İsrail təyyarələrinin müşahidə olunmasına işarə edərək, deyib: Sionistlərin Yəmən xalqına qarşı cinayətlərin törədilməsində Ali-Səud rejimi ilə əməkdaşlıq etməsi İsrailin Suriyada terrorçuları himayə etməsinə bənzəyir.