Fələstin Özünüidarə Hökuməti ABŞ-ın düşmənçilik siyasətlərini qınadı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i310900-fələstin_Özünüidarə_hökuməti_abŞ_ın_düşmənçilik_siyasətlərini_qınadı
Fələstin Özünüidarə Hökuməti ABŞ-ın Fələstin xalqına qarşı rəftarını düşmənçilik kimi xarakterizə edib və bildirib: Bizim nəzərimizdə ABŞ artıq Fələstin məsələsinin həllində bir vasitəçi tərəf sayılmır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2018 10:05 Asia/Baku
  • Fələstin Özünüidarə Hökuməti ABŞ-ın düşmənçilik siyasətlərini qınadı

Fələstin Özünüidarə Hökuməti ABŞ-ın Fələstin xalqına qarşı rəftarını düşmənçilik kimi xarakterizə edib və bildirib: Bizim nəzərimizdə ABŞ artıq Fələstin məsələsinin həllində bir vasitəçi tərəf sayılmır.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Fələstin Özünüidarə Hökumətinin sözçüsü Nəbil Əbu Rudeynə əlavə edib: ABŞ-ın Fələstin xalqına qarşı düşmənçilikləri xüsusilə Təhlükəsizlik Şurasında Fələstinlə bağlı qətnaməni veto etməsi İsrailin qeyri-qanuni maraqlarını təmin etmək üzrədir.

BMT-nin Təhlükəsizlik Şurasında Küveyt tərəfindən hazırlanmış və İsrailin fələstinlilərə qarşı zorakılıqlarını qınayan qətnamə layihəsi ABŞ tərəfindən veto edilib. 

Küveyt bu qətnamə layihəsində Fələstin xalqına dəstək verilməsini və İsrailin cinayətlərinin pislənilməsini istəmişdi.