Daha bir fələstinli şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i310908-daha_bir_fələstinli_şəhid_olub
Fələstinin Səhiyyə Nazirliyi daha bir fələstinlinin yaralarının ağırlığı üzündən şəhid olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2018 13:26 Asia/Baku
  • Daha bir fələstinli şəhid olub

Fələstinin Səhiyyə Nazirliyi daha bir fələstinlinin yaralarının ağırlığı üzündən şəhid olduğunu bildirib.

İRİB-nin verdiyi məlumata görə, Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qədrə bu gün deyib: 14 may tarixində ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz olaraq keçirilən aksiyalarda yaralanan Məhəmməd Nəim Həmadə yaralarının ağırlığı üzündən həyatını itirib. 

ABŞ səfirliyinin Qüdsə köçürülməsi günündə təqribən 60 fələstinli İsrail hərbçiləri tərəfindən şəhid edilmiş, 2700 nəfər isə  yaralanmışdı.