İsrail hərbçiləri Qərb Sahilinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i310910-İsrail_hərbçiləri_qərb_sahilinə_hücum_ediblər
İsrail hərbçiləri İordan çayının qərb sahilinə hücum edərək, 7 fələstinlini həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2018 13:46 Asia/Baku
  • İsrail hərbçiləri Qərb Sahilinə hücum ediblər

İsrail hərbçiləri İordan çayının qərb sahilinə hücum edərək, 7 fələstinlini həbs ediblər.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, bazar günü sionistlər Qərb Sahilinə basqın edərək, fələstinlilərin evlərini yağmalayıblar. Bunun ardınca sionistlərlə fələstinlilər arasında qarşıdurma baş verib. 

İsrail ordusunun hərbi döyüş gəmiləri də Qəzzə sahillərində fələstinli balıqçılara tərəf atəş açıblar. Həmçinin, İsrail qırıcıları bu gün səhər Qəzzənin müxtəlif məntəqələrinə raket zərbələri endiriblər. 

Bundan öncə də İsrail ordusu Qəzzə şəhərinin şərq hissəsini ağır artilleriya atəşinə tutmuşdu.