Qəzzədə qayıdış aksiyaları başlanılandan bəri minlərlə fələstinli şəhid edilib və yaralanıb
Fələstinli mənbələr bildiriblər ki, Qəzzədə qayıdış haqqı aksiyalarına start verildiyi gündən bəri 123 fələstinli sionist hərbçilərin atəşi nəticəsində şəhid olub.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Qəzzədə Fələstinin səhiyyə nazirliyinin sözçüsü dünən deyib: Qayıdış aksiyasının başlandığı gündən bəri 2200 nəfərini uşaq və 140 nəfərini qadınların təşkil etdiyi 13 min fələstinli də yaralanıb.
Bu məlumata görə, yaralananlardan 350 nəfərin durumunun ağır olduğu və xəstəxanada saxlanıldığı bildiriliri.
30 martdan başlayaraq minlərlə fələstinli "torpaq günü"-nün 42-ci ildönümündən bəri hər cümə keçirilən qayıdış haqqı aksiyalarında iştirak edir.
Fələstinin Qəzzə zolağındakı Səhiyyə Nazirliyi həmçinin Qəzzə zolağının mühasirədə olduğuna görə bu nazirliyin anbarlarında dərman və tibbi təchizatların çatışmazlığından xəbər verib.