Səudiyyə Ərəbistanının hücumlarında 9 yəmənli mülki həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i310934-səudiyyə_Ərəbistanının_hücumlarında_9_yəmənli_mülki_həlak_olub
Yəməndə xəstəxana mənbələri Səudiyyə Ərəbistanının hava hücumlarında Sədə vilayətində 9 yəmənli mülkinin həlak olmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 04, 2018 06:25 Asia/Baku
  • Səudiyyə Ərəbistanının hücumlarında 9 yəmənli mülki həlak olub
    Səudiyyə Ərəbistanının hücumlarında 9 yəmənli mülki həlak olub

Yəməndə xəstəxana mənbələri Səudiyyə Ərəbistanının hava hücumlarında Sədə vilayətində 9 yəmənli mülkinin həlak olmasından xəbər verib.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Səudiyyə qırıcıları bu gün Sədə vilayətində Baqim şəhjərinin Əl-əşə bölgəsində bir mənzili hədəfə alıblar. Məlumatlara görə ölənlərin hamısı qadın və uşaqlar olub. 

Yəmənli qüvvələr də səudiyyəlilərin hücumlarına cavab olaraq Əsir bölgəsində Ələb keçidində Səudiyyə muzdlularının qərargahına hücum edərək onlardan bir neçəsini öldürüb və yaralayıblar. 

Səudiyyə Əribistanı 2015-ci il martdan bir neçə ərəb ölkəsi o sıradan BƏƏ ilə koalissiya yaradaraq Amerikanın yaşıl çırağı ilə Yəmənə qarşı geniş hücumlara başlayıb. Səudiyyə Ərəbistanı Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaq və beləliklə Yəmənə qarşı öz tamahkar niyyətlərini yerinə yetirmək istədiyini bildirir. 

Səudiyyə rejimi və onun müttəfiqləri Yəmən xalqının müqaviməti nəticəsində indiyədək nəzərdə tutduqları məqsədlərinin heç birinə nail ola bilməyiblər.