Qətərin əmiri: Doha Ərrəyadla müzakirə üçün heç bir ön şərti qəbul etmir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i310936-qətərin_əmiri_doha_Ərrəyadla_müzakirə_üçün_heç_bir_ön_şərti_qəbul_etmir
Qətərin əmiri şeyx Təmim Bin Həmd Ali-Sani dünən Küveytin əmiri şeyx Səbah Əhməd Əccabir Əssəbaha ünvanladığı məktubda Dohanın Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir ilə əlaqələrdəki böhranı aradan qaldırmağa hazır olduğunu bildirərək sadəcə şəffaf və şərtsiz danışıqların tərəfdarı olduğunu vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 04, 2018 06:43 Asia/Baku
  • Qətərin əmiri: Doha Ərrəyadla müzakirə üçün heç bir ön şərti qəbul etmir
    Qətərin əmiri: Doha Ərrəyadla müzakirə üçün heç bir ön şərti qəbul etmir

Qətərin əmiri şeyx Təmim Bin Həmd Ali-Sani dünən Küveytin əmiri şeyx Səbah Əhməd Əccabir Əssəbaha ünvanladığı məktubda Dohanın Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir ilə əlaqələrdəki böhranı aradan qaldırmağa hazır olduğunu bildirərək sadəcə şəffaf və şərtsiz danışıqların tərəfdarı olduğunu vurğulayıb.

İRNA-nın verdiyi məlumata  görə, Qətər əmirinin məktubunda deyilir: Doha sadəcə şəffaf və ön şərti olmayan iclasda iştirak edəcək. 

Qətər əmirinin küveytli həmkarına göndərdiyi məktubu, Küveytin Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn başçılarına məktub ünvanlayaraq onları öz ixtilaflarını Fars körfəzi əməkdaşlıq şurası daxilində həll etməyə çağırmasından sonra göndərilib. 

Səudiyyə Ərəbistanı və onun müttəfiqləri olan Misir, BƏƏ və Bəhreyn 2017-ci il 5 iyunda Dohanın Ərrəyada tabe olmadığına görə Qətər ilə diplomatik əlaqələrini kəsdilər və bu ölkəyə qarşı quru, dəniz və hava blokadası tətbiq etdilər.