Hadi Əl-Amiri İraqda su böhranının həll edilməsinə çağırıb
-
Hadi Əl-Amiri İraqda su böhranının həll edilməsinə çağırıb
İraqın Əl-Fəth koalissiyasının rəhbəri 19 ölkənin səfirləri ilə görüşündə Türkiyənin İraqdas su böhranının gərginləşməsindəki rolu qarşısında ciddi mövqe sərgilənməsini istəyib.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Hadi Əl-Amiri Türkiyədə Alisu su bəndi nəticəsində İraqda yaranmış su böhranı barədə 19 ölkənin səfirləri ilə danışıqlar aparıb və beynəlxalq ictimaiyyəti bu barədə ciddi mövqe tutmağa çağırıb.
Hadi Əl-Amiri bu görüşdə həmçinin deyib: Güclü İraqın qapıları sionist rejim istisna olmaqla bütün ölkələrin üzünə açıqdır və İraqın kənarında duranlar müsbət qarşılanacaqlar.
Bu məlumata görə, Yaponiya, Amerika, Britaniya, Rusiya, Çin, İtaliya, Braziliya, Avstraliya, Fransa, İsveç, İspaniya, Hollandiya, Serbiya, Yeni Zelandiya, Venesuela, Rumıniya, Xarvatiya,Bolqarıstan və Kanadanın səfirləri bu görüşdə iştirak ediblər.
Alisu bəndinin doldurulması üçün İraqa Diclə çayından axan suyun 50 faiz azalması İraqda etirazlara səbəb olub və İraq parlamentinin fövqəladə iclas keçirərək bu mövzunu araşdıracağı qərara alınıb.
Alisu bəndi Diclə çayı üzərində inşa edilən Türkiyənin ikinci ən iri su bəndidir.