İŞİD Kabil terraktının məsuliyyətini üzərinə götürdü
-
İŞİD Kabil terraktının məsuliyyətini üzərinə götürdü
İŞİD terror qruplaşması bazar ertəsi günü Əfqanıstan paytaxtı Kabildə alimlərin iclasına yaxın məkanda törədilən terror aktının məsuliyyətini üzərinə götürüb.
İRİB-in Kabildən verdiyi məlumata görə, İŞİD terror qruplaşması bir bəyanatda bildirib: Bu qrupun üzvləri bazar ertəsi günü bir partlayış aktında Kabildə Əfqanıstan alimlərinin iclası və Hərat şəhərində şiələrin toplantısını hədəf alıb.
İŞİD-in bazar ertəsi günü Kabilin qərbində 3000-ə yaxın dini alimin iclasının keçirildiyi məkana yaxın yerdə törətdiyi partlayış aktında 14 nəfər həlak olub, 17 nəfər yaralanıb.
Bazar ertəsi günü Kabildə törədilən terror aktı yeni terror aktlarından sayılır.
Əfqanıstanda vilayət şuraları və parlament seçkilərinin keçirilməsi zamanının yaxınlaşması və seçicilərin qeydiyyata alınması prosesinin davam etməsi ilə İŞİD ölkənin müxtəlif bölgələrində dövlət binaları və vətəndaşların toplaşdıqları məkanlara hücumlarını artırıb.
Bu seçkilər üç il təxirdən sonra oktyabr ayında keçirilməlidir.