Yəmən Ərəbistanın neft limanına raketlə hücum etdi
-
Yəmən Ərəbistanın neft limanına raketlə hücum etdi
Yəmənin raket bölməsi Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəmən xalqına qarşı cinayətlərinə reaksiyada Ərəbistanın cənubunda Yənbə bölgəsində bir hərbi məqsədə doğru Burkan H2 ballistik raketi atıb.
Yəmən Pressin bir hərbi rəsmiyə istinadla verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitələri qüvvələrinin rakt bölməsinin Ərəbistanda Yənbə neft limanına doğru atdığı Burkan H2 uzaqmənzilli ballistik raketi yüksək diqqətlə hədəfi vurub. Belə ki, dəhşətli partlayışlar şəhəri titrədib.
Başqa bir məlumata görə, Yəmənin müştərək qüvvələri Nəcran vilayətində Əs-Silə bazasında Ərəbistan ordusu hərbçilərinin toplaşdığı məkanı katyuşa raketi ilə atəşə tutub. Nəticədə bir qrup təcavüzkar ölüb və yaralanıb.
Həmçinin Yəmənin Cazan vilayətində ən böyük sərhəd şəhəri olan Xubədə səudiyyəli muzdluların yerləşdiyi məkana Zilzal 1 raketi atılıb. Bu da çoxlu sayda muzdlunun ölməsi və yaralanması ilə nəticələnib.
Bu arada Yəmənin hərbi informasiya idarəsində məlumatlı rəsmi bazar ertəsi gecə Yəmənin rəsmi informasiya agentliyi Səbaya verdiyi açıqlamada düşmənin məlumatları və əl-Məxa və Ədən xəstəxanalara istinad edərək bildirib: Ötən üç gün ərzində qərb sahilində təcavüzkar koalisiyanın 418 muzdlusu öldürülüb, 312 nəfər yaralanıb, yaralılardan bir çoxunun vəziyyəti ağırdır.