Berlində Netanyahunun səfərinə etiraz olundu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i311134-berlində_netanyahunun_səfərinə_etiraz_olundu
Almaniyanın yüzlərlə vətəndaşı bazar ertəsi günü Berlində ölkə parlamentinin qarşısına toplaşaraq sionist rejim baş naziri Benyamin Netanyahunun Almaniyaya səfərini qınayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2018 07:10 Asia/Baku
  • Berlində Netanyahunun səfərinə etiraz olundu
    Berlində Netanyahunun səfərinə etiraz olundu

Almaniyanın yüzlərlə vətəndaşı bazar ertəsi günü Berlində ölkə parlamentinin qarşısına toplaşaraq sionist rejim baş naziri Benyamin Netanyahunun Almaniyaya səfərini qınayıblar.

İRNA-nın məlumatına görə, etirazçılar Fələstin bayrağını əllərində tutaraq sionist rejimin cinayətlərini qınayan şüarlar səsləndiriblər. 

Alman etirazçılar həmçinin ötən cümə günü Qəzzə zolağında sionist rejim hərbçilərinin atəş açması nəticəsində şəhid olan fələstinli tibb bacısı Rozan Ən-Nəccarın şəkillərini əllərində tutublar. 

Aksiyaçılar Fələstinin azad edilməsi və fələstinli didərginlərin öz yurdlarına qayıtmalarını istəyiblər. 

Bu aksiya güclü təhlükəsizlik tədbirləri altında keçirilib. 

Fələstinli tibb bacısı Rozan Ən-Nəccar ötən cümə günü Qayıdış Haqqı dinc yürüşündə yaralılardan birinin həyatını xilas etməyə çalışdığı vaxt sionist rejim hərbçilərinin atəş açması nəticəsində şəhid olub.