Əfqanıstanın şimalında Talibanın 40 üzvü öldürülüb
İyun 05, 2018 11:55 Asia/Baku
-
Əfqanıstanın şimalında Talibanın 40 üzvü öldürülüb
Əfqanıstan ordusunun ölkənin şimalında Təxar vilayətində Taliban qruplaşmasına qarşı keçirdiyi əməliyyatda 40 Talibançı öldürülüb.
İRİB-in məlumatına görə, Əfqanıstanın şimal istiqamətində ordu qüvvələri komandanlığının mətbuat xidməti çərşənbə axşamı günü bir bəyanat yayaraq bildirib: Bu əməliyyat Təxar vilayətinin Dəşt Qala və Xacə Bəhaəddin rayonlarında keçirilib. Nəticədə Taliban qruplaşmasının komandanlarından Əbu Yusif və bu qruplaşmanın 39 üzvü öldürülüb. həmçinin 36 üzvü də yaralanıb.
Bu komandanlıq həlak olan əfqan hərbçilərin sayına işarə etməyib.
Bundan öncə Taliban Xacə Qar və Qurtəpə rayonlarını öz nəzarətinə götürmüşdü.