Suriya ABŞ və Türkiyənin Mənbic qərarına reaksiya verib
Suriyanın xarici işlər nazirinin müavini Türkiyə və ABŞ qüvvələrinin Mənbicdəki fəaliyyəti barədə deyib: Bu məsələ işğalçılıqdır və Suriyada hərhansı əcnəbi qüvvələrin iştirakı rəsmi Dəməşqin razılığı olmadan qeyri-qanunidir.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Suriya xarici işlər nazirinin müavini İmən Susan dünən Dəməşqdə Avropadan gələn parlament heyəti ilə görüşündə deyib: Suriya barədə əcnəbilər tərəfindən qəbul edilmiş hərhansı qərar rədd olunur və əsərsizdir ona görə ki, bu işğalçılıqdır, beynəlxalq hüquq və BMT nizamnanəsinin prinsiplərinin əleyhinədir.
ABŞ dövlət katibi və Türkiyənin xarici işlər naziri bazarertəsi günü Vaşinqtonda Dövlət Departamentində müştərək bəyanat yayaraq Suriyanın Mənbic şəhəri barədə yol xəritəsini dəstəkləyiblər və onun icrasına öhdəlikli olduqlarını bildiriblər.