Sionist hərbçilər qərb sahilində fələstinlilərə hücum ediblər
İyun 07, 2018 10:15 Asia/Baku
Sionist rejim hərbçiləri fələstinlilərə qarşı təcavüzlərinin davamında İordan çayının qərb sahilinin müxtəlif məntəqələrinə basqın ediblər.
Sionist rejim hərbçiləri bu gün səhər İordan çayının qərb sahilində yerləşən Nablus və Qəlqiliya şəhərlərinə hücum edərək, fələstinlilərlə toqquşublar. Onlar gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə ediblər. Bu toqquşmalarda bir qrup fələstinli yaralanıb, digər bir qrup fələstinli də həbs olunubdur.
Digər tərəfdən, sionist rejim ordusu Nəqəb məntəqəsi ərazisinin bu rejimə aid olması bəhanəsilə Ələraqib kəndinin sakinləri olan fələstinlilərin evlərini qanunsuz adlandırıb və bir neçə buldozerlə bu kəndin evlərini 129-cu dəfə dağıdıbdır.
Teqlər