Məsciduləqsa-nın xətibi: Dünya xalqlarının gözləri Ümumdünya Qüds gününə dikilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i311458-məsciduləqsa_nın_xətibi_dünya_xalqlarının_gözləri_Ümumdünya_qüds_gününə_dikilib
Məsciduləqsa-nın xətibi vurğulayıb ki, Məsciduləqsa-nın hakimiyyəti müsəlmanların əli ilə olacaq və təcavüzkarlar Məsciduləqsa-ya qarşı təcavüzdə heç bir mənfəət əldə etməyəcəklər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 07, 2018 13:47 Asia/Baku
  • Məsciduləqsa-nın xətibi: Dünya xalqlarının gözləri Ümumdünya Qüds gününə dikilib

Məsciduləqsa-nın xətibi vurğulayıb ki, Məsciduləqsa-nın hakimiyyəti müsəlmanların əli ilə olacaq və təcavüzkarlar Məsciduləqsa-ya qarşı təcavüzdə heç bir mənfəət əldə etməyəcəklər.

Məsciduləqsa-nın xətibi Şeyx Əkrəmə Səbri bu gün Ələqsa telekanalı ilə müsahibədə deyib: Qüds bir gövhərdir və dünya xalqlarının gözləri Ümumdünya Qüds gününə dikilibdir. Buna görə, işğalçı sionist rejimin başçıları fələstinlilərin qəlbləri və ağıllarında Qüdsün yeri və dəyərini azalda bilməzlər.

Digər tərəfdən, sionist rejim ordusu fələstinliləri yatırmaq məqsədilə 1948-ci ildə işğal olunmuş ərazilərlə sərhəddə yerləşən Qəzzə zolağında sionist hərbçiləri hazır vəziyyətə gətiribdir.

Belə bir halda, fələstinli qruplar özlərini Qüds cüməsi adlandırılmış sabahkı cümədə keçiriləcək onuncu dinc "Qayıdış" aksiyasında iştiraka hazırlayırlar.

Minlərlə fələstinli "Yer günü"nün 42-ci ildönümündən, yəni martın otuzundan bəri cümə günləri keçirilən "Qayıdış haqqı" aksiyalarında iştirak edibdir. Bu aksiyalarda 125-dən çox fələstinli şəhid olub, 13 mindən çox fələstinli də yaralanıbdır.