İyun 08, 2018 11:09 Asia/Baku
  • Sionist başçılar yoldaşlıq görüşünün ləğvindən sonra bir-birləri ilə çəkişirlər
    Sionist başçılar yoldaşlıq görüşünün ləğvindən sonra bir-birləri ilə çəkişirlər

Argentina futbol yığmasının İsraillə yoldaşlıq görüşünün ləğvindən sonra baş nazir Benyamin Netanyahu və mədəniyyət naziri Meri Rego bir-birlərini təqsirkar hesab edir.

Güclü beynəlxalq təzyiq, fələstinlilər və onların dünyadakı tərəfdarlarının kəsin etirazı ilə 9 iyunda işğal olunmuş Qüdsdə keçirilməsi planlaşdırılan Argentina futbol yığmasının sionist rejimlə yoldaşlıq görüşü ləğv olundu. 

Times Of İsrael internet portalının məlumatına görə, Netanyahu qeyd olunan matçın yerinin Hayfada Sami Ufer stadionundan Qüdsdə Kiçik Tedi stadionuna dəyişdirilməsinə dair mədəniyyət nazirinin təklifinə toxunaraq onu müqəssir adlandırıb və deyib: Onun israrı bu matçın ləğvinə səbəb olub. 

Bununla yanaşı Rego Hadaşat televizyası ilə müsahibədə deyib: Dörd ay öncə İsrail baş naziri tərəfindən ABŞ prezidentinə məktub göndərib və ondan istənilib ki, matç Hayfa şəhəri yerinə Qüdsdə keçirilsin. 

Halbuki İsrail baş nazirinin ofisi cümə axşamı günü bu məktub və ya Netanyahunun bu qərarla bağlı hər hansı təsirini rədd edib. 

Teqlər