Yəmən qüvvələri Təizdə səudiyyəlilərin mövqelərini raketlə atəşə tutublar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i311642-yəmən_qüvvələri_təizdə_səudiyyəlilərin_mövqelərini_raketlə_atəşə_tutublar
Yəmən ordusu və xalq komitələri qüvvələri Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın hücumlarına reaksiyada Təiz vilayətinin əl-Əlvah kəndində muzdluların mövqelərini Zilzal 1 raketi və ağır artilleriya ilə atəşə tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2018 14:32 Asia/Baku
  • Yəmən qüvvələri Təizdə səudiyyəlilərin mövqelərini raketlə atəşə tutublar
    Yəmən qüvvələri Təizdə səudiyyəlilərin mövqelərini raketlə atəşə tutublar

Yəmən ordusu və xalq komitələri qüvvələri Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın hücumlarına reaksiyada Təiz vilayətinin əl-Əlvah kəndində muzdluların mövqelərini Zilzal 1 raketi və ağır artilleriya ilə atəşə tutub.

Əl-Məsirə televiziyasının məlumatına görə, Yəmən ordusu və xalq komitələri qüvvələrinin raket hücumunda bir qrup səudiyyəli muzdlu öldürülüb və ya yaralanıb. 

Yəmən ordusu və xalq komitələri qüvvələri ötən gecə də Ərəbistanın cənubunda Cizan vilayətində səudiyyəli hərbçilərin mövqelərinin ballistik raketlə atəşə tutulduğunu bildirmişdi. 

Bu arada səudiyyəli təcavüzkar koalisiyanın qüvvələri Sədə vilayətinin RAzeh sərhəd şəhərinin müxtəlif bölgələrini raket və ağır artilleriya ilə atəşə tutublar. 

Ərəbistanın sərhəd alayı qüvvələrinin Razehdə Qur Bəni Müin bölgəsinə atəş açması nəticəsində bir yəmənli həlak olub, bir qrup da yaralanıb.