İraqın Kərkük şəhərində iki terror aktı törədilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i311728-İraqın_kərkük_şəhərində_iki_terror_aktı_törədilib
İraq polisi Kərkük şəhərində iki partlayışın törədilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2018 15:00 Asia/Baku
  • İraqın Kərkük şəhərində iki terror aktı törədilib
    İraqın Kərkük şəhərində iki terror aktı törədilib

İraq polisi Kərkük şəhərində iki partlayışın törədilməsindən xəbər verib.

İRNA-nın məlumatına görə, Kərkük polisi cümə günü Qüds və Bağdad prospektlərində iki partlayışın törədilməsindən xəbər verib. Bu partlayışlar nəticəsində bir nəfərin öldüyü, 14 nəfərin isə yaralandığı bildirilir.

Bu terror aktları ilə bir vaxtda Kərkük Türkmən Cəbhəsinin ofisi minaatanla hədəfə alınıb.

İŞİD terror qruplaşmasının İraqda məğlub olmasına baxmayaraq, hələ də ölkənin şimalında bu terror qruplaşmasının qalıqları pərakəndə şəkildə terror aktları törətməklə məşğuldurlar.