Netanyahu və həyat yoldaşı ayrı-ayrılıqda istintaqa cəlb olunurlar
İyun 09, 2018 15:01 Asia/Baku
-
Netanyahu və həyat yoldaşı ayrı-ayrılıqda istintaqa cəlb olunurlar
İsrail televiziyası bu gün bir məlumat yayaraq, bildirib: İsrail polisi korrupsiyada ittiham olunan baş nazir Benyamin Netanyahu və həyat yoldaşını çərşənbə axşamı istintaqa cəlb edəcək.
İsrail polisinin dediyinə görə, istintaq iki ayrı məkanda və eyni zamanda həyata keçiriləcək. Netanyahu 1000 və 2000 adlı korrupsiya işlərində ittiham edilir. Həyat yoldaşı Sara bu iki korrupsiya işi ilə bağlı şahid kimi sorğu-suala çəkiləcək.
1000 adlı korrupsiya işində Netanyahu varlı bir iş adamından bahalı hədiyyələr almaqda ittiham olunur. 2000 işində isə İsrailin baş naziri "Yadiot Aharonot" qəzetinin maliki ilə gizli anlaşmada ittiham olunur.